Erməni mənbə- Prezidentlər aprelin sonunda Praqada görüşür

Erməni mənbə- Prezidentlər aprelin sonunda Praqada görüşür
  06 Aprel 2014    Oxunub:1281
İlham Əliyevlə Serj Sərkisyan aprelin sonunda Praqada görüşə bilər.

Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq üçün bu ayın sonunda görüşə bilər.

AzVision.az virtualaz.org - a istinadən xəbər verir ki, xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvad Nalbəndyanın Moskvada keçirdikləri görüşün ardınca bu barədə məlumatı erməni qaynaqlarına diplomatik mənbə verib. Mənbənin bildirdiyinə görə, görüşün keçiriləcəyi yer kimi Praqa şəhəri nəzərdən keçirilir.

Xarici işlər nazirləri Moskva görüşündə prezidentlərin görüşünə hazırlıq məsələlərini müzakirə ediblər. Minsk Qrupunun həmsədri Əliyev-Sərkisyan formatında görüşün baş tutması üzərində çoxdan işləyirdi və əvvəlcə belə görüşün fvral ayında keçirilməsi nəzərdə tutulurdu. Lakin təmas xəttində gərginliyin artması və hər iki tərəfdən itkilərlə müşayiət olunan atışmalar bu görüşün baş tutmasına imkan vermədi.

Ehtimal edilir ki, prezidentlər Avropa İttifaqının qalmaqallı “Şərq tərəfdaşlığı” təşəbbüsünün 5 illiyi ilə bağlı aprelin 23-24-də Praqada keçirilən sammit çərçivəsində görüşə bilərlər.

Qeyd edək ki, prezident İlham Əliyevlə Sərkisyanın bundan əvvəlki görüşü ötən il noyabrın 19-da Vyanada olmuşdu.


Teqlər:  



Xəbər lenti