AŞPA-nın yaz sessiyası başlayır

AŞPA-nın yaz sessiyası başlayır
  07 Aprel 2014    Oxunub:912
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası öz işinə başlayır.

AzVision.az-ın məlumatına görə, aprelin 11-dək davam edəcək sessiyada Azərbaycandan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatda Azərbaycanın daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Elxan Süleymanov, Rafael Hüseynov, Rövşən Rzayev, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Fəzail İbrahimli, Sabir Hacıyev, Aydın Abbasov və Fazil Mustafa daxildirlər.

Sessiyada Rusiyanın təsdiqlənmiş mandatlarına əsaslı zəmində yenidən baxılması, Ukraynadakı son hadisələrin demokratiyaya təsiri, Avropada milli azlıqların vəziyyəti, işsizlik problemi, kiberməkanda istifadəçilərin təhlükəsizliyinin qorunması, internetə çıxış hüququ, Qırğızıstan Respublikasının demokratiya üzrə tərəfdaşlıq üçün AŞPA-ya müraciətinə baxılması və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.

Tədbirdə deputatlar Sevinc Fətəliyeva və Rafael Hüseynov məruzələrlə çıxış edəcək, nümayəndə heyətinin üzvləri isə gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Anar


Teqlər:  





Xəbər lenti