Dövlət qulluqçusu barədə yeni qaydalar qəbul edilib

Dövlət qulluqçusu barədə yeni qaydalar qəbul edilib
  07 Aprel 2014    Oxunub:992
Azərbaycanda "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları" qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsində inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyətinin hər təqvim ilinin sonunda qiymətləndirilməsi müəyyən edilib.

Komissiyanın 10 fevral 2014-cü il tarixli qərarı ilə "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları" təsdiq edilib və 22 fevral 2014-cü il tarixdən qüvvəyə minib.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Forması" əsasında aparılır.

Qiymətləndirmə nəticəsində dövlət qulluqçusu barəsində həvəsləndirmə tədbirlərinin görülməsi, o cümlədən fərdi qaydada mükafatlandırılması, rəhbər vəzifələrin tutulması üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, dövlət qulluqçusunun iş fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, dövlət qulluqçusunun digər analoji vəzifəyə keçirilməsi nəzərdə tutulub.

"Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları" və "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Forması" Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilib.


Teqlər:





Xəbər lenti