Elman Abdullayev: Azərbaycan bir qarış torpağını belə verməz

Elman Abdullayev: Azərbaycan bir qarış torpağını belə verməz
  08 Aprel 2014    Oxunub:1086
XİN-dən İrana verilən ərazi iddiası ilə bağlı açıqlama: “Ümumiyyətlə, Azərbaycan heç bir zaman heç kimə bir qarış torpağını belə verməz”.

AzVision.az xəbər verir ki, bu sözləri “Axar.az”a Culfa rayonundakı 44 metrlik ərazinin İrana birləşdirilməsi ilə bağlı açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat katibi Elman Abdullayev deyib. O, məsələ ilə bağlı məlumatının olmadığını bildirib: “Məndə belə bir məlumat yoxdur. Ümumiyyətlə, Azərbaycan heç bir zaman heç kimə bir qarış torpağını belə verməz”.

Qeyd edək ki, dünən İran mətbuatında Culfa rayonundakı 44 metrlik mübahisəli ərazinin İrana birləşdirilməsi ilə bağlı məlumat yayılmışdı. Onu da bildirək ki, verilən xəbərdə məhz “44 metr” sözü işlədilib. Bunun 44 kvadrat metrlik sahə, yoxsa sərhəd keçid məntəqəsinin 44 metr irəli çəkilməsi anlamında işlədildiyi barədə məlumat verilmir.


Teqlər:  





Xəbər lenti