100 yaşlı məktəblər siyahıya alınacaq

  08 Aprel 2014    Oxunub : 728
100 yaşlı məktəblər siyahıya alınacaq
Təhsil Nazirliyi yaşı 100-dən çox olan məktəblərin təqdimatına başlayır.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov məlumat verib. O bildirib ki, belə məktəblər artıq siyahıya alınıb:

“Azərbaycanın müxtəlif bölgələrində zəngin təcrübəsi, tarixi olan məktəblər var. İstəyirik ki, Azərbaycan özünün qədim məktəbləri ilə də fəxr edə bilsin. Buna görə də biz yaşı 100 dən çox olan məktəblərin təqdimatı kampaniyasına başlayırıq. Bu təqdimata istər işğal olunmuş, istərsə də digər bölgələrdə olan məktbələr daxil ediləcək. Artıq 40 belə məktəb müəyyən olunub. Yaşı 100-150-dən çox olan məktəblər var”.

C.Valehov həmçinin bildirib ki, bu gündən Təhsil Nazirliyinin AFFA ilə birgə təşkilatçılığı ilə “Təhsil kuboku” yarışmalarına start veriləcək.

Qeyd edib ki, yarış saat 14:00-da başlayacaq. Dövlət və özəl ali məktləblərin komandalarının iştirak edəcəyi yarış 2 ay davam edəcək və sonda qaliblərin mükafaktlandırılması baş tutacaq”.

Məlumat üçün bildirək ki, bu gün FHN akademiyası ilə Tibb universitetinin komandaları yarışacaq.

Fatimə Kərimli

Teqlər: