Hava kəskin dəyişəcək: qar yağacaq

Hava kəskin dəyişəcək: qar yağacaq
  08 Aprel 2014    Oxunub:1029
Sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumarta görə, səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacaq, dağlıq ərazilərdə sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 13-18, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənili


Teqlər:  



Xəbər lenti