Minaya düşən hərbiçilər Bakıya gətirilib

Minaya düşən hərbiçilər Bakıya gətirilib
  08 Aprel 2014    Oxunub:2870
Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan hərbi qulluqçular Musayev Bəhruz Məhəmmədəli oğlu və Talıbov Emin Talıb oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyyə olunub.
AzVision.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təcili təxirəsalınmaz yardım göstərilməsi üçün yaralılar Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.

Hazırda Müdafiə naziri general-polkovnik Zakir Həsənov hadisə yerindədir.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti