Prezident bu gün İrana gedir

Prezident bu gün İrana gedir
  09 Aprel 2014    Oxunub:1164
Azərbaycan prezidenti İlham Əliyev bu gün İrana rəsmi səfər edəcək.

Səfər İran prezidenti Həsən Ruhaninin dəvəti əsasında həyata keçiriləcək.

Azərbaycan prezidenti aprelin 9-da Səədabad tarixi-mədəni kompleksində iranlı həmkarı tərəfindən rəsmi şəkildə qarşılanacaq.

Bundan əlavə, İ. Əliyev və H. Ruhaninin səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparacağı bildirilir.

Eyni zamanda hər iki ölkənin prezidenti arasında bir sıra sənədin imzalanması gözlənilir.

AzVision.az



Teqlər:  



Xəbər lenti