Azərbaycanla İran arasında 4 sənəd imzalandı

Azərbaycanla İran arasında 4 sənəd imzalandı
  09 Aprel 2014    Oxunub:853
Azərbaycanla İran arasında bir sıra sahələr üzrə sənədlər imzalanıb.

AzVision.az xəbər verir ki, prezident İlham Əliyevin İrana səfəri çərçivəsində iki ölkə arasında "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İran İslam Respublikasının Gənclər və İdman Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memarorandumu", "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və İran İslam Respublikası Daxili İşlər Nazirliyi arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında hidrometeorologiya məsələləri və onunla əlaqəli işlər üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikası və İran İslam Respublikası hökuməti arasında Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında Saziş" də imzalanıb.


Teqlər:





Xəbər lenti