DİN bir gündə 32 nəfəri həbs edib

DİN bir gündə 32 nəfəri həbs edib
  09 Aprel 2014    Oxunub:1035
Ötən gün ərzində 87 cinayət faktı qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, cinayət faklarından 38-i “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 3 nəfər ölmüş, 17 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulub.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti