Etibar Hüseynov deputat həmkarlarını qınadı

Etibar Hüseynov deputat həmkarlarını qınadı
  09 Aprel 2014    Oxunub:1459
“Nədənsə iki həftə müddətində demədiyim bir sözə görə məni asıb-kəsən, məndən az qala "vətən xaini" düzəldənlərin səsi çıxmır”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Etibar Hüseynov onun haqqında səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

Deputat ANS-in efirində qarabağlılarla bağlı səsləndirdiyi fikirlərə görə, onu “vətən xaini” adlandıranlara da sərt cavab verib.

“Bir Akif Nağı var ki, aylarla, bəzən illərlə mətbuatın yadına düşməz. Amma bir həftədir ki, bir çox saytların gündəmindədir-haqqımda verdiyi tənqid və təhqir dolu müsahibələrin hesabına. Dünən də bir sayta verdiyi müsahibəsində də məni "əhəmiyyətsiz adam" adlandırıb. Olsun. Amma mənim də bu "əhəmiyyətli adam" olan Akif Nağıya bir sualım var. Hörmətli Akif bəy. Allah eşqinə məni söyüb ürəyiniz soyuyandan sonra bu sualıma lütfən cavab verin. Bir həftədir ki. ANS kanalı açıq mətnlə Kəlbəcərlilərin timsalında qaçqın və köçkünləri "qoyun sürüsü", "qorxaq", "naxələf" adlandırdı. ANS rəsmisi Mais Məmmədov səsini qaldırmaq istəyənlərə "onlar yalançı vətənpərvərlərdir, qələt edirlər" -dedi. Amma nədənsə iki həftə müddətində demədiyim bir sözə görə başda siz olmaqla məni asıb-kəsən, məndən az qala "vətən xaini" düzəldənlərin səsi çıxmır nədənsə”.

Millət vəkili jurnalistlərə səslənərək ANS-in bu cür addımına reaksiya verməmələrini pisləyib: “Bəs hardasız jurnalist dostlarım, hardasınız deputat həmkarlarım? Gücünüz və sözünüz mənəmi çatırdı? Nədən səsiniz çıxmır? Yoxsa ANS-in "açarıq arxivi " sözündənmi çəkindiniz əcaba”.

AzVision.az


Teqlər:  



Xəbər lenti