Abbas Abbasovun oğlu “gizli dosye”dən danışdı

Abbas Abbasovun oğlu “gizli dosye”dən danışdı
  09 Aprel 2014    Oxunub:1425
Milli Məclisin deputatı Aydın Abbasov atası Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzərRos”un) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov haqda mətbuatda yer alan sensasion məlumata aydınlıq gətirib.
Millət vəkili AzVision.az-a açıqlamasında atasının adının nurçu qalmaqalından hallanmasının əsassız olduğunu deyib:

“Mən belə boş cəfəngiyyatlara cavab vermirəm. ”-deyə A.Abbasov qeyd edib.

Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın aprelin 4-də Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevə “Hizmət” hərəkatının (nurçular) ölkəmizdəki fəaliyyəti, onlara maddi dəstək verən iş adamlarının siyahısı ilə yanaşı, hakimiyyət üçün böyük önəm kəsb edən digər məlumatlar verdiyi barədə mətbuatda məlumatlar yayılıb.

Məluamtda qeyd olunur ki, dosyedə ən çox adı hallanan şəxslərdən biri Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovdur. A.Abbasovun müntəzəm şəkildə Türkiyəyə səfər etdiyi, müxtəlif adamlarla görüşdüyü, hətta 2013-cü ilin noyabrında Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlunun toyunda iştirakı və onunla özəl söhbətinin səs yazısının da təqdim olunmuş informasiyalar sırasında olduğu deyilir.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti