Rektorlar bir araya gəldi

Rektorlar bir araya gəldi
  09 Aprel 2014    Oxunub:1049
Bu gün BDU Elmi Şurasının növbəti iclası keçirilib. Ali təhsil müəssisələrinin rektorları iştirak edib. Bu barədə AzVision.az-a BDU-nun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda Azərbaycan Dövlət Pedaqoji Universiteti rektoru Yusif Məmmədov, Qafqaz Universitetinin rektoru Ahmet Sanıç və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyev iştirak edib.

İclasda rektorlarla yanaşı, BDU-nun elmi Şurasının üzvləri, tanınmış alimlərin iştirak etdiyi iclası giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb.

Azərbaycan elminin, təhsilinin dinamik inkişafı,elmi kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunmasının vacib məsələlərdən olduğunu bildirən rektor, elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb, bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfəsini verdiyini və Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləyib.

Qeyd edilib ki, dövlət tərəfindən göstərilən qayğı, elm və təhsilin əlaqələndirilməsi, innovasiyaların tətbiqi və aparılan islahatlar nəticəsində 2013-cü ildə BDU “QS World University Rankings-2012” reytinqinə görə dünyanın 700 top universitetinin, Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən dünyanın ən yaxşı 2000 universitetinin, həmçinin MDB-yə üzv ölkələrin universitetləri üzrə reytin siyahısına daxil edilib. MDB-yə üzv ölkələr üzrə 153 universitet arasında aparılan sorğuya əsasən BDU 40-cı pillədə qərarlaşıb. İclasda 2013-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elm və innovasiyalar üzrə prorektor prof. A.H.Kazımzadənin hesabatı dinlənilib və BDU-da elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi tədqiqatların aparılmasından danışılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti