Zavoddakı yanğınla bağlı rəsmi açıqlama

Zavoddakı yanğınla bağlı rəsmi açıqlama
  09 Aprel 2014    Oxunub:1152
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda zavodda baş verən yanğınla bağlı məlumat yayıb.
AzVision.az qurumun saytına istinadən xəbər verir ki, Sabunçu rayonunda "Azərneftkimyamaş" ASC-yə məxsus maşınqayırma zavodunun ərazisində hal-hazırda fəaliyyət göstərməyən, ümumi sahəsi 1500 kv.m olan sexin dam örtüyünün yanar konstruksiyaları 150 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti