146 vergi cinayəti işinə başlanıb

146 vergi cinayəti işinə başlanıb
  10 Aprel 2014    Oxunub:1123
Vergilər Nazirliyi yanında vergi cinayətlərinin ibtidai araşdırılması departamentində 146 cinayət işi başlanıb.
2014-cü ilin birinci rübü ərzində Vergilər Nazirliyi yanında vergi cinayətlərinin ibtidai araşdırılması departamentində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq faktları üzrə 146 cinayət işi başlanmışdır.
AzVision.az xəbər verir ki, bu barədə AzərTAc-a nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, cinayət işlərindən 29-u vergi ödəməkdən yayınma, 6-sı qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınma, 2-si səyyar vergi yoxlamalarının nəticələrinə dair materiallar üzrə qanunsuz sahibkarlıq faktları, 108-i vergi borcunun ödənilməməsi barədə vergi orqanlarından daxil olmuş materiallar üzrə vergi ödəməkdən yayınma faktları, 1-i isə digər hüquq-mühafizə orqanlarından daxil olan materiallar üzrə qanunsuz sahibkarlıq faktı ilə bağlı başlanıb. Hesabat dövründə departamentin istintaq idarəsində 66 cinayət işi üzrə ibtidai istintaq tamamlanmış, təqsirləndirilən 2 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 2209,1 min manat dövlət büdcəsinə ödənilib ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 297,4 min manat çoxdur.

Cinayət işləri üzrə keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilən 4 nəfər şəxs tutularaq departamentin istintaq şöbəsinə təhvil verilib. Habelə ibtidai istintaqdan yayınan 157 şəxsin məcburi qaydada, 31 şəxsin tapılaraq istintaqa gətirilməsi, 47 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.

Bundan əlavə, vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən cəmi 87 vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim olunub.


Teqlər:





Xəbər lenti