Hava necə olacaq?
Temperaturun gecə 4-8°, gündüz 13-18° isti, Bakıda gecə 5-7°, gündüz 15-17° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimşək çaxacağı ehtimal olunur.
Temperatur gecə 7-12°, gündüz 18-23°, bəzi yerlərdə 26° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, gecə saatlarında sulu qara keçəcəyi, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 0-5°, gündüz 8-13°, bəzi yerlərdə 16° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gündüz, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 17-22° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 1-6°, gündüz 15-20° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 3-8°, gündüz 15-20°, bəzi yerlərdə 23° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında, əsasən, gecə və axşam yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.
Temperatur gecə 3-8°, gündüz 15-20° isti, dağlarda gecə 0-5°, gündüz 10-15° isti təşkil edəcək.