Rayonlarda əmək yarmarkası keçirilir

Rayonlarda əmək yarmarkası keçirilir
  10 Aprel 2014    Oxunub:1149
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bölgələrdə əmək yarmarkalarına start verib.
İşaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın bölgələrində əmək yarmarkalarının keçirilməsinə başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, ilk belə yarmarka Şəmkir rayonunda keçirilib və 24 müəssisə tərəfindən 179 boş iş yerinin təqdim olunduğu yarmarkada 130 nəfərə boş iş yerlərinə göndəriş verilib. Növbəti Əmək yarmarkasının aprelin 17-də İsmayıllı rayonunda keçirilməsi nəzərdə tutulur.

İl ərzində respublikanın bütün bölgələrində təşkil olunacaq əmək yarmarkalarında işaxtaran və işsiz vətəndaşlara boş iş yerləri təklif olunmaqla yanaşı, onların mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb olunması da təmin olunacaq. Yarmarkalar zamanı müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyən vətəndaşlar üçün Səyyar Əmək Birjaları da fəaliyyət göstərəcək.


Teqlər:





Xəbər lenti