Zakir Həsənov general müavinini işdən qovdu

Zakir Həsənov general müavinini işdən qovdu
  10 Aprel 2014    Oxunub:3141
Müdafiə naziri Zakir Həsənov daha bir kadr islahatı həyata keçirib.
AzVision.az-ın məlumatına görə, bu barədə hərbi ekspert Üzeyir Cəfərov şəsxi facebook hesabında yazıb. Onun sözlərinə görə, ötən gün Beyləqan Hərbi Birləşməsində olan nazir Birləşmə komandiri general Ayaz Həsənovun birinci müavini - Qərargah rəisi vəzifəsindən çıxarılıb.

Belə ki, Zakir Həsənov bu yaxınlarda vəzifəyə təyin etdiyi polkovnik V.Ələsgərovu tutduğu vəzifədən azad edib. Onun yerinə isə ötən ilin oktyabrında Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi vəzifəsinə təyin edilmiş, Milli Qəhrəman polkovnik Fəxrəddin Cəbrayılov təyinat alıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti