Bir gündə 4 ölü, 9 yaralı

Bir gündə 4 ölü, 9 yaralı
  10 Aprel 2014    Oxunub:993
Daxili işlər Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 53 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.

AzVision.az ötən günün kriminal xronikasını təqdim edir:

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib;

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 9 nəfər yaralanıb;

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib;

Cinayət törətdiklərinə görə 21 nəfər tutulub.

AzVision.az


Teqlər:



Xəbər lenti