Kəmaləddin Heydərovun müavinləri – Onları siz də tanıyın!

  10 Aprel 2014    Oxunub : 21296
Kəmaləddin Heydərovun müavinləri – Onları siz də tanıyın!
Dövlət rəsmiləri, məmurlarla bağlı məlumatlar hər zaman ictimai kəsimin maraq mərkəzindədir. Onların fəaliyyəti diqqətlə izlənilir, gördükləri işlər mətbuat səhifələrində, insanlar arasında geniş müzakirələrə yol açır. Təbii ki, Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurların hamısı göz önündə olmurlar. Məsələn müavinlər...

AzVision.az saytı oxucuların bu marağını nərəzə alaraq “Nazir müavinləri” adlı yeni rubrikaya başlayır. Rubrika çərçivəsində ayrı-ayrılıqda nazirlərin müavinləri haqda məlumat veriləcək, onlarla bağlı diqqətçəkən məqamlar oxuculara çatdırılacaq.

Başlayaq ölkənin ön böyük güc strukturlarından olan Fövqəladə Hallar Nazirliyindən. FHN yaranandan bəri general-polkovnik Kəmaləddin Heydərov ölkə başçısının sərəncamı ilə bu qurumun rəhbəri kimi fəaliyyət göstərir. Onun nə az nə çox 5 müavini var.

Onlar kimlərdir?

Rəfail Xalid oğlu Mirzəyev fövqəladə hallar nazirinin birinci müavinidir. O, general-leytenant rütbəsinə sahibdir. R.Mirzəyev 1959-cu ildə fevralın 19-da Gürcüstanın Marneuli rayonunda anadan olub. V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib.

Ailəlidir. 3 övladı var



Kəmaləddin Heydərovun digər müavini Faiq Cavad oğlu Tağızadədir. General-leytenant F.Tağızadə nazirin tibb xidməti üzrə müavini vəzifəsini icra edir. O, 1951-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, tibb elmləri namizədidir.

Ailəlidir. 3 övladı var.



Mətbuata yaxınlığı ilə seçilən Etibar Böyükbəy oğlu Mirzəyev fövqəladə hallar nazirinin digər müavinidir. General-leytenant 1958-ci ildə Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universitetini (keçmiş Azərbaycan Dövlət Unversiteti) bitirib.

Ailəlidir. 2 övladı var.

Ragim Əhəd oğlu Lətifov fövqəlnazirin daha bir müavinidir. Rütbəcə general-leytenantdır. 1963-cü ildə Qəbələ şəhərində anadan olub. Azərbaycan Mühəndis-İnşaat İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Azərbaycan və Çexiya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın üzvüdür.

Ailəlidir. 2 övladı var.



Orucəli Məmməd oğlu Hacıyev də mətbuata tanış məmurlardandır. O da da Fövqəladə Hallar Nazirliyində nazir müavini postunu tutur. O.Hacıyevin jurnalistlərə yaxınlığı ilə mətbuatda seçilir. Nazir müavini 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.

Naxçıvan Dövlət Pedaqoji İnstitutu və Bakı Dövlət Universitetini bitirib.

Ailəlidir. 2 övladı var.

Anar Rüstəmov

Teqlər: