BDU-dan intihara cəhd edən tələbə ilə bağlı AÇIQLAMA
AzVision.az-ın məlumatına görə, universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib ki, həmin tələbə 2013-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr pilləsini bitirib:
`Babayeva Aysel Muxtar qızının qayıbları və akademik borclarına görə intihara cəhd etməsi haqqında yayılmış xəbərə cavab olaraq bildirmək istəyirik ki, o, 2013-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr pilləsini bitirib. Oxuduğu müddətdə bəzi dərslərə və imtahanlara gəlmədiyinə görə müəyyən akademik borcları qalıb. A.Babayeva passiv tələbə kimi qeydiyyatdadır`.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


