İlham Əliyev naziri qəbul edib

İlham Əliyev naziri qəbul edib
  10 Aprel 2014    Oxunub:1188
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbengegvini qəbul edib.

Dövlətimizin başçısı Zimbabvenin xarici işlər naziri Simbaraşe Mumbengegvinin ölkəmizdəki görüşlərinin məhsuldar keçəcəyinə və səfərin Azərbaycan ilə Zimbabve arasında ikitərəfli əlaqələrin inkişafı ilə bağlı yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından önəmli olacağına inandığını bildirdi.

Nazir Simbaraşe Mumbengegvi Zimbabve Respublikasının Prezidenti Robert Muqabenin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı.

Dövlətimizin başçısı Prezident Robert Muqabenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Zimbabve dövlətinin başçısına çatdırmağı xahiş etdi.

AzVision.az


Teqlər:  



Xəbər lenti