Afinada Yunanıstan-Azərbaycan Gənclər Mərkəzi açıldı

Afinada Yunanıstan-Azərbaycan Gənclər Mərkəzi açıldı
  10 Aprel 2014    Oxunub:1021
Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin Yunanıstana rəsmi səfəri çərçivəsində bu gün Afina şəhərində Yunanıstan-Azərbaycan Gənclər Mərkəzin açılışı baş tutub.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu gün Yunanistanın Afina şəhərində fəaliyyət göstərən Yunanıstan-Azərbaycan Gənclər Mərkəzi ilə tanışlıq olub.

Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Yunanıstandakı səlahiyyatli və fövqəladə səfiri Rəhman Mustafayev, Mərkəzin sədri Yuannis Papaqriqori, Mərkəzin idarə heyətinin nümayəndəsi Günel Nəsirova, Yunanıstan-Azərbaycan Ticarət Palatasının rəhbəri Georgi Papadopolo və b. iştirak edirdilər. İ.Babayev bu ilin yanvar ayından işə başlayan Gənclər Mərkəzinin Avropada açılmasının vacibliyini, ölkələrimizin gəncləri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinin vacibliyini vurğuladı.
Yuannis Papaqriqori Dağlıq Qarabağ probleminə toxunaraq həmişə Azərbaycanı dəstəklədiklərini bildirdi.

Daha sonra İntiqam Babayev Gənclər və İdman Nazirliyi adından Mərkəzə hədiyyələr təqdim etdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti