Ermənilərlə sərhəddə yerləşən Koxanəbidən REPORTAJ

Ermənilərlə sərhəddə yerləşən Koxanəbidən REPORTAJ
  10 Aprel 2014    Oxunub:1157
Səməd kişi göz açdığı, böyüyüb boya-başa çatdığı Koxanəbi kəndi uğrunda bir oğlunu qurban verib. İndi tək yaşayır. Deyir mənim hər şeyim bu torpaqdı, bu vətəndir, Koxanəbidir. Düşmən postlarından cəmi 400 metr aralıqda yerləşən kənddə heç vaxt duya bilmədiyim "Vətən iyi" hiss olunur. Onlar bilirlər ki qoruduğun torpağı gərəkdi ki əkib–becərəsən. Yoxsa qorumağın nə faydası...
Koxanəbi sakini Səməd Məmmədov: "Bizim texnikanı işləməyə qoymurlar burda. Texnikanın nə ixtiyarı var ki, gündüz vaxtı gəlib burda işləyə. Gecə olunca təsərüfatımıza, nəbilim ölümüzə, dirimizə gəlib belə işləyirik. O gün hüzür yeri var idi. Camaatı elə təntitdilər ki, yeməkləri qabaqlarında qaldı."

Düşmən Səməd kişinin oğlunun əlindən alsa da ümidlərini, əzmini qıra bilməyib. Bütün kənd əhli bu fikirdədir ki, Koxanəbi bizə məzar olmamış düşmənə gülüzar olmayacaq!

Koxanəbi dağlıq ərazi olduğu üçün maldarlıq üçün çox əlverişlidir. Bu kənddə qoyun, quzu, keçi səsini hər tərəfdən eşitmək mümkündür. Hər kəs qapısında mal-qara saxlayır. Lakin ermənilər bu torpağın keçisini də özünə düşmən bilir.

Koxanəbi sakini Rəhim Əsədov: "Heyvan, mal-qara o üzü aşan kimi haylayıb aparırlar. bu yaxınlarda bizim beş baş camışımızı, iki baş düyəmizi apardılar. Xəbərimiz olmadı ki, necə oldu."

Amma koxanəbililər deyirlər ki, malımız, mülkümüz fəda olsun yurdumuza. Mal da almaq olar, pul da tapılar, amma hər yer Vətən ola bilməz. Odur ki, torpağımızı qoruyacağıq və əkib də becərəcəyik. (Turkel TV)






Teqlər:  



Xəbər lenti