“Yurd TV” bağlandı

“Yurd TV” bağlandı
  11 Aprel 2014    Oxunub:2112
“Yurd TV” internet televiziyası fəaliyyətini dayandırıb. Bu barədə AzVision.az-a kanalın adını açıqlanmasını istəməyən əməkdaşı məlumat verib.

O, bildirib ki, televiziyanın fəaliyyətinin dayandırılması ilə bağlı qərar dünən axşam qəbul olunub.

Qeyd edək ki, dünən axşam kanalın dayandırılması ilə bağlı qərar qəbul olunandan sonra sayta heç bir xəbər yerləşdirilməyib. Saytda sonuncu xəbər 19:49-da qoyulub.

Kanalın fəaliyyətinin dayandırılması ilə bağlı məsələni araşdırmağa davam edəcəyik.

Mirvari Nəcəf


Teqlər:  



Xəbər lenti