Müdafiə nazirimiz İrana niyə gedir?

Müdafiə nazirimiz İrana niyə gedir?
  11 Aprel 2014    Oxunub:968
“Düşünürəm ki, tərəflər arsında hərbi, hərbi-texniki sahədə bəzi əməkdaşlıq sahələri üzrə müqavilələrin imzalanacağı gözlənilir. O sənədlərin imzalanması iki ölkə arasında hərbi sahədə əməkdaşlığı yeni, daha müasir mərhələyə çıxaracaq”.
Bu fikirləri AzVision.az-a açıqlamasında hərbi ekspert üzeyir Cəfərov müdafiə nazirir Zakir Həsənovun İrana səfərini şərh edərkən deyib.

O vurğulayıb ki, müdafiə nazirinin prezidentlə birlikdə səfər edəcəyi gözlənilsə də, müəyyən səbəblərdən bu, baş tutmayıb: “Azərbaycan prezidentinin İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində müdafiə nazirinin də nümayəndə heyətinin tərkibində olması gözlənilirdi. Çünki ikitərəfli müzakirə olunan məsələlər arasında hərbi sahədə əməkdaşlıq da var idi”.

Ekspert onu da qeyd edib ki, iki ölkə arasında Xəzər dənizində mövcud olan bəzi problemli məsələlərin də müzakirə olunması gözlənilir: “Bir sözlə, Azərbaycan ilə İran arasında bir çox sahələrdə olduğu kimi hərbi sahədə də yeni bir dövrün başlanacağını demək mümkündür”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti