Heydər Əsədov: `Artıq yeni kadr bəllidir` - ÖZƏL

  11 Aprel 2014    Oxunub : 592
Heydər Əsədov: `Artıq yeni kadr bəllidir` - ÖZƏL
Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat və maliyyə şöbəsinin müdiri vəzifəsinə sabah yeni təyinat olacaq. Artıq yeni kadr bəllidir”.

Bunu AzVision.az-a açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. Onun sözlərinə görə təyin olunacaq yeni kadr maliyyə sferasında geniş təcrübəyə malikdir:

“Rafiq müəllimin 67 yaşı var. Pensiya yaşı ilə əlaqədar olaraq, özü ərizə yazıb, işinə xitam verilib. Artıq onun yerinə yeni təyinat müəyyənləşib. Sabah təyinat olacaq, bu barədə geniş məlumat veriləcək”.

Nazir eyni zamanda qeyd edib ki, nazirlikdə praktiki təcrübəsi olan gənc kadrlara üstünlük verilir:

“Yeni təfəkkürlü, yeni ideyalarla zəngin adamlara, praktiki təcrübəsi çox olan gənclərə üstünlük veririk”.

Qeyd edək ki, artıq nazirliyin 3 şöbə müdiri yaşla əlaqədar işdən çıxarılıb.

Nihadə Eyyubova

Teqlər: