Maşinistin faciəvi ölümü ilə bağlı Açıqlama

Maşinistin faciəvi ölümü ilə bağlı  Açıqlama
  11 Aprel 2014    Oxunub:1169
Maşinistin səbirsizliyi və təhlükəsizlik qaydalarına əməl etməməsi həyatı bahasına başa gəldi
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 49 yaşlı kişinin bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı məlumat yayıb.

AzVision.az şirkətin saytına istinadən xəbər verir ki, aprelin 4-də “Neftqaztikinti” trestinin 1 saylı Tikinti quraşdırma idarəsinin işçiləri Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 566 saylı estakadasının yanındakı meydançadan sualtı elektrik kabelini “Qaradağ-10” gəmisinin yedəyinə qoşulmuş kabel düzən kirjimin üzərinə yığaraq təmir etmək məqsədi ilə Sahil qəsəbəsindəki yanalma körpüsünə yaxınlaşan zaman, sahil bosmanı tərəfindən kirjim meydançaya bağlanmayıb, pilləkən verilməyib, təhlükəsizlik tələblərinə tam əməl olunmamış həmin idarənin daxiliyanma mühərriklərinin maşinisti, 1965-ci il təvəllüdlü Kazımov Mais Qasım oğlu kirjimin körpüyə tam yaxınlaşmasını gözləmədən meydançaya tullanarkən başı betona dəyib və kirjimlə yanalma meydançası arasında qalaraq xəsarət alıb.

Mais Kazımov aldığı xəsarətdən dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olublar.



Teqlər:





Xəbər lenti