54 ölkənin nümayəndələri Bakıya gəlir

54 ölkənin nümayəndələri Bakıya gəlir
  11 Aprel 2014    Oxunub:892
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun prezidenti, Latviyanın sabiq ölkə başçısı xanım Vayra Vike-Frayberqa və ölkənin digər keçmiş prezidenti Valdis Zatlerslə aprelin 27-30-da Bakıda keçiriləcək II Açıq Cəmiyyətlər Forumuna dair müzakirələr aparılıb.
Azərbaycan Diaspora Komitəsindən AzVision.az-a verilən məlumata görə, Latviyanın paytaxtı Riqada baş tutan görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun təşkilatçılığı ilə keçiriləcək Forumun proqramı, toplantının gündəliyi müzakirə olunub.

II Açıq Cəmiyyətlər Forumunda açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün yüksək səviyyəli idarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlər müzakirə ediləcək.

Forumun işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Roma Klubu və Madrid Klubunun üzvü olan sabiq ölkə və hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 54 ölkədən 150-dən çox nümayəndənin iştirakı nəzərdə tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti