Növbəti sınaq imtahanının vaxtı açıqlandı

Növbəti sınaq imtahanının vaxtı açıqlandı
  11 Aprel 2014    Oxunub:981
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılmış və 8283 abituriyent qeydiyyatdan keçib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün aprelin 13-də sınaq imtahanları keçirəcək.

TQDK-dan AzVision.az-a verilən məlumata görə, imtahanlar Bakı, Gəncə, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 14 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılmış və 8283 abituriyent qeydiyyatdan keçib. Qeyd edək ki, bu sınaq imtahanında abituriyentlərə təqdim olunacaq test tapşırığı nümunələri aprelin 6-da keçirilmiş sınaq imtahanının təkrarıdır.

İmtahan binalarına buraxılış abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

Sevinc


Teqlər:  





Xəbər lenti