Otellərin monitorinqi aparılacaq

Otellərin monitorinqi aparılacaq
  12 Aprel 2014    Oxunub:1084
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı-Abşeron bölgəsində fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərində monitorinqlər keçirilir
AzVision.az nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, turizm sənayesi obyektlərində xidmətin keyfiyyətinin müasir tələblərə uyğunluğunun və peşə hazırlığı səviyyəsinin öyrənilməsi, eləcə də mehmanxana və turizm şirkətləri tərəfindən göstərilən xidmətlərin dövlət standartlarına riayət olunmasının yoxlanılması və bu sahədə mövcud nöqsanların aradan qaldırılmasının təmin edilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən monitorinqlər keçirilir.

Monitorinqlər zamanı 2015-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan I Avropa Oyunları zamanı ölkəmizə gələcək turistərə yüksək səviyyədə xidmətlərin göstərilməsinin təmin edilməsinin yoxlanılması da nəzərdə tutulub.

Monitorinqlərin il ərzində 3 mərhələdə keçirilməsi planlaşdırılıb. Hazırda birinci mərhələ üzrə Bakı-Abşeron bölgəsində monitorinqlərin keçirilməsi davam etdirilir (31.03.2014 - 29.04.2014). Növbəti monitorinqlər yay mövsümü ərəfəsində (23.06.2014 - 22.07.2014) respublikamızın digər regionlarında keçiriləcək. Yay mövsümündən sonra (15.10.2014 - 13.11.2014) isə monitorinqlər Bakı-Abşeron bölgəsində davam etdiriləcək.

AzVision.az




Teqlər:





Xəbər lenti