Gültəkin Hacıbəyli: `Özümü 25 yaşında hiss edirəm`

Gültəkin Hacıbəyli: `Özümü 25 yaşında hiss edirəm`
  12 Aprel 2014    Oxunub:1386
Sabiq millət vəkili, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Facebook səhifəsində adını açıqlamaq istəmədiyi şəxsin ünvanına maraqlı ismarış göndərib.
“Bu gün adını burda yazmağa layiq bilmədiyim bir axmaq yazıb ki, mən qocaldığım üçün depressiya keçirirəm. Mənim 40 yaşım var və həyatımın hər bir günü ilə qürur duyuram. Əminəm ki, 80 yaşımda daha çox qürur duyacağam. O zaman nəvələrim, nəticələrim olacaq və hətta onda da depressiyaya düşməyəcəyəm. Bəzilərinin anası-bacısı yəqin heç yaşlanmır, ya hamısı cavan ölür, ya da həmişə 25 yaşında qalırlar. Biz normal insanlar olduğumuz üçün, qocalırıq və hətta nə zamansa öləcəyik də. Ancaq səmimi olaraq deyim ki, mən elə özümü 25 yaşımda olduğumdan fərqli hiss etmirəm. "Ölümsüz Koşşeylərə" məndən indicə çəkdiyim bir selfie də hədiyyə olsun”.

AzVision.az


Teqlər:  



Xəbər lenti