Millət vəkilləri Bişkekə gedirlər

Millət vəkilləri Bişkekə gedirlər
  12 Aprel 2014    Oxunub:1202
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, deputatlar Əhliman Əmiraslanov və Sədaqət Vəliyeva Türkdilli Ölkələrin Parlament Assambleyası komissiyalarının iclaslarında iştirak etmək üçün aprelin 14-dən 17-dək Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaqlar.
Parlamentdən AzVision.az-a verilən məlumata görə, qurumun Beynəlxalq əlaqələr komissiyasında “Türkdilli ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələri” mövzusunda məruzə dinləniləcək, tövsiyələr veriləcək.

Məruzəni Milli Məclisin deputatı, komissiyanın sədri Əhliman Əmiraslanov təqdim edəcək. N.Cəfərov və S.Vəliyeva təşkilatın Sosial, mədəni və humanitar məsələlər komissiyasının iclasında “Türk dili günü” mövzusuna həsr olunmuş müzakirələrə qatılacaqlar. Toplantıda türk dilinin tarixi, inkişafı, tədrisi və tədqiqi ilə bağlı fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində, həmçinin ekspertlərin iştirakı ilə “Elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq” mövzusunda "dəyirmi masa" keçiriləcək.




Teqlər:  



Xəbər lenti