Şəhər böyüyür. Odur ki, ağacların əkilməsinə hər zaman zərurət yaranır. Artıq Gəncə yaşıl şəhərə çevrilmək ərəfəsindədir.
Sahəsi 450 hektar olan Heydər Əliyev park-kompleksində milyona yaxın ağac, gül kolu, çiçək əkilsə də bu möcüzəli məkana yenə də sakinlər tərəfindən yaşıl «ilmələr» vurulur.
Aprel ayının 11-dən başlayan ağacəkmə aksiyası ənənəvi olaraq startını ulu öndərin adını daşıyan parkdan başladı. Bu da təsadüfi deyildir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü gününədək şəhərin müxtəlif istiqamətlərində 91 min ağac əkiləcəkdir. Gənclər bu aksiyada xüsusilə aktivlik göstərirlər.
Gəncənin yaşıl libasını bəzəyəcək bu ağacların – şam və xan çinarların hər biri sakinlərin ulu öndərə sonsuz məhəbbətindən bəhrələnərək qol-budaq atacaq və əbədi məhəbbətin əbədi daşıyıcısına çevriləcək.







Vaxtında, Aydın, Lazımlı!


