“ASAN” intihara qoymayacaq

“ASAN” intihara qoymayacaq
  12 Aprel 2014    Oxunub:1331
“ASAN Könüllüləri” Gənclər Təşkilatı psixoloji təlimlər silsiləsinə start verib.
AzVision.az xəbər verir ki, təlimlərdə məqsəd son zamanlar gənclər arasında psixoloji gərginliklərin və özünəqəsd hallarının artmasını nəzərə alaraq gənclərin psixi sağlamlığının qorunmasıdır.

“Gənc Beyin” adlanan bu layihədə “Bədən dili və ondan istifadə”, “Ünsiyyətdə empati hissi”, “Stress və gərginliyin aradan qaldırılması üçün gündəlik metodlar” , “Sevginin psixoloji izahı”, “İctimai aqressiya” və digər psixoloji mövzularda təlimlər keçiriləcək.

50 gəncin iştirak etdiyi təlimlər, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təlimçi psixoloqları Orxan Oruczadə və Məshəti Fərəcova tərəfindən keçiriləcək.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti