Şahin Mustafayev vətəndaşları qəbul etdi

Şahin Mustafayev vətəndaşları qəbul etdi
  12 Aprel 2014    Oxunub:1265
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Siyəzəndə Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə İqtisadiyyat və Sənaye Nazirliyi məluamt yayıb. Bu gün baş tutan görüş Heydər Əliyev Mərkəzində keçirlib və qəbulda 70-dən çox vətəndaş iştirak edib. Vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, kredit ittifaqının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığının qurulması, istehsal və emal sahələrinin yaradılması, kənd yollarının tikintisi, kənd məktəblərinin təmiri, kənd yerlərinin qazlaşdırılmasının başa çatdırılması, işə qəbul və s. məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar Ş. Mustafayev tərəfindən diqqətlə dinlənilib, İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib, bir sıra vətəndaş müraciətləri yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.

Qəbulda olan vətəndaşların İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətləri isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Qəbul zamanı həmçinin, sahibkarların müxtəlif layihələrə dair təklifləri müzakirə edilib, heyvandarlıq, quşçuluq və intensiv bağçılıq təsərrüfatlarının, çörək istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə göstəriş verilib. Bununla belə, qəbul günü birbaşa müraciət edən vətəndaşlar da Ş. Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti