12-13 apreldə ehtiyatlı olun!

12-13 apreldə ehtiyatlı olun!
  12 Aprel 2014    Oxunub:1045
Azərbaycanda geomaqnit qasırğası müşahidə olunacaq
Ümumi geomaqnit vəziyyət aprelin 12-də və 13-də həyəcanlı olacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yaxın 3 gün ərzində (12,13,14 aprel tarixlərində) müşahidə olunacaq kosmik hava proqnozunu (Günəş aktivliyi və geomaqnit qasırğa) açıqlayıb.

AzVision.az Şamaxı Astrofizika Rəsədxanasının saytına istinadən xəbər verir ki, rəsədxananın direktor müavini Elçin Babayev bildirib ki, hazırda günəşin diskində 6 böyük regionun aktivliyi və 78 müxtəlif ölçülərdə ləkələr müşahidə olunur. Proqnozlaşdırılan günlərdə Günəş aktivliyinin orta səviyyədə olacağı gözlənilir.

Ümumi (planetar) geomaqnit vəziyyət aprelin 12-də və 13-də həyəcanlı, aprelin 14-də isə orta-həyəcanlı olacaq.

Geomaqnit həyəcanlanması və meteoroloji şəraitin tez-tez, kəskin dəyişməsi risk qrupuna daxil olan xroniki xəstəliklər, yaşlılar, uşaqlar və meteohəssas insanların səhhətində aprelin 12-də və 13-də gün ərzində, aprelin 14-də isə qismən narahatlıq-diskomfort hissi yaradacaq. Meteohəssas olmayan sağlam insanların isə heç bir narahatçılığa gərək yoxdur.


Teqlər:





Xəbər lenti