Ədliyyə naziri ilə görüşmək istəyənlərin nəzərinə

Ədliyyə naziri ilə görüşmək istəyənlərin nəzərinə
  12 Aprel 2014    Oxunub:962
Ədliyyə naziri Abşeron rayonunda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov aprelin 17-də Abşeron rayonunda vətəndaşları qəbul edəcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az bildiriblər ki, qəbulda Sumqayıt şəhərində, Abşeron və Xızı rayonlarında yaşayan vətəndaşların, habelə Şuşa şəhərindən və Qubadlı rayonundan olan məcburi köçkünlərin ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-da Abşeron Rayon Mədəniyyət Evində (ünvan: Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 247) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Sumqayıt Regional Ədliyyə şöbəsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12; əlaqə telefonları: (01865) 4-50-91; (01865) 5-18-42; (01865) 5-57-45), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.


Teqlər:





Xəbər lenti