İtmiş telefonlara mesaj gələcək

İtmiş telefonlara mesaj gələcək
  14 Aprel 2014    Oxunub:1512
Azərbaycanda mobil cihazların qeydiyyatının aparılması ilə bağlı dəyişiklik edilib.
Azərbaycanda mobil cihazların qeydiyyatının aparılması ilə bağlı dəyişiklik edilib.Yeni dəyişikliyə görə əgər mobil telefon cihazı itirilərsə və ya oğurlanarsa, bu halda İMEİ nömrəsi qara səhifəyə daxil edilməzdən əvvəl, həmin İMEİ nömrəli mobil telefon cihazı ilə istifadə edilən nömrəyə "bu mobil cihaz itirilib, yaxınlıqdakı polisə könüllü surətdə təqdim etməyiniz xahiş olunur" qısa mesajı da göndərilir".

Bu barədə dəyişiklik Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"nda edilib.

Yeni dəyişikliyə əsasən hüquqi və ya fiziki şəxslər mobil telefon cihazlarından MCQS tərəfindən mobil (sellülar) telekommunikasiya operatorları ilə birgə təşkil edilmiş vahid nömrəyə qısa mesaj (SMS) göndərməklə, mobil cihazların İMEİ nömrələrinin mövcud statusu barədə məlumat alırlar.

Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması şəxsin istəyinə uyğun olaraq həm elektron, həm də yazılı müraciət etmə üsulları ilə aparılır:

Elektron müraciət etmə üsulu - "Elektron hökumət" portalına daxil olaraq müvafiq avtorizasiya prosesini keçməklə, mobil cihaza dair məlumatların daxil edilməsi yolu ilə yerinə yetirilir;

Yazılı müraciət etmə üsulu - mobil cihazı ölkə ərazisinə gətirən şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların müştəri xidmətlərinə, yaxud poçt şöbəsinə müraciət edilməklə yerinə yetirilir. Müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənədin əslini qeydiyyat mərkəzinə (mobil operatorların müştəri xidmətlərinə və ya poçt şöbəsinə) baxış üçün təqdim edir, gətirdiyi mobil cihazın markasını, modelini və İMEİ nömrəsini bildirməklə yanaşı, mobil cihazın qeydiyyata alınması üçün ərizə formasını (3 nömrəli əlavə) doldurur".


Teqlər:  



Xəbər lenti