Nazirlik işəgötürənləri 150 min cərimələdi

Nazirlik işəgötürənləri 150 min cərimələdi
  14 Aprel 2014    Oxunub:1084
ƏƏSMN tərəfindən 2951 nəfər işçi ilə əmək müqaviləsinin bağlanılması təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən bu ilin birinci rübü ərzində ayrı-ayrı müəssisələr üzrə 2951 nəfər işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi təmin olunub.

Həmçinin, bu müddətdə işəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 88 kollektiv müqavilə bağlanılıb.

Cari ilin yanvar-mart aylarında işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 153952 manat məbləğində sosial xarakterli ödəmələrin ödətdirilməsinə nail olunub. Həmin vəsaitlərin 143796 manatını əmək haqları, 7277 manatını zərərə görə ödənclər, 2879 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib.

AzVision.az


Teqlər:





Xəbər lenti