Arktika əriməzdi, Kərimlini dinləsə!

Arktika əriməzdi, Kərimlini dinləsə!
  14 Aprel 2014    Oxunub:1055
Emin Piri

Ukrayna hakimiyyəti vaxtında Əli Kərimlinin məsləhətlərinə qulaq assaydı, ən azı parçalanmanın yarısından qayıdardı...
Bəli və bəli, bir daha bəli!
Eşq olsun, bu fikirlə nəinki ikiəlli, üçüncü əlimi də qaldıraraq razıyam!
“Greenpeace”, “UNİSEF” Əli Kərimlinin “paz”ların itilənməsi haqqında nəsihətlərini dinləsəydi, amazon meşələri acımasızcasına qırılmazdı.

Göylərə onun sözü çatsaydı, elə kövrələrdi ki, Böyük Saxaranın üzərindən yağış əskik olmazdı.

Alimlər onun “toyuq yumurtalığında fibroma” dissertasiya işini oxusaydı, toyuqlar daha çox yumurta verərdi!

Əl-Qaidə onu dinləsəydi, hər gün, hər yer 11 sentyabr olardı.

Xristofor Kolumb Kərimlinin “Dənizdən dənizə böyük AXCP” əsərini oxusaydı, Hindistanı Amerikada axtarmazdı. Ən azından gəmiləriylə daha yaxına, Suqovuşana gələrdi.

Bir dostun yazdığı kimi, Bethoven belə möhtərəm bəydən belə möhtəşəm məsləhəti dinləsəydi, ya ürəyi partlayardı, ya da qulaq pərdələri Bing-Bang partlayışı kimi cırılardı.

Həvva nənəmiz ən azından Əli bəyin toylarda zümzümə etdiyi almasatan qız mahnısına qulaq assaydı, hansısa almaya inanıb yerə qovulmazdı və bütün bəşəriyyət Həvva aldanışının əzabını çəkməzdi.

Və Tanrı Əli Kərimlini dinləsəydi dünyanı 6 günə yox, cəmisi 6 saata yaradardı!

Elə bir az bundan öncə, Əli bəyin məni darmadağın edən məsləhətlərinin təsirindən çıxmamışdım ki, inbox-da bir dostum yarızarafat, yarıciddi bu yarım şeirə bənzədilmiş parçanı mənə atdı.Düzü, əl gəzdirmək istəmədim:

Ey Maydandakılar, dinləyin siz Əlini,
Ukrayna bir olardı
Avropanın göbəyində,
Kliçko baş nazir, Yesentyuk prezident,
Kərimlini dinləsə!

Pinqvinlər yıxılmazdı
Boylananda yuxarı.
Arktika əriməzdi,
Kərimlini dinləsə!

Titanikdə məhəbbət
Bitməzdi belə nakam.
Rozanın beş yazdığı,
Tərli maşın şüşələri
Tərləyərdi həmişə,
əgər “kefkom” kapitan
Kərimlini dinləsə!...

Yeni brendimizin məsləhətlərini dinləyək və hər kəsə dinlədək!
Hər yer Əli, hər gün Kərimli!!!


Teqlər:





Xəbər lenti