BMT Rusiyanı qınadı

BMT Rusiyanı qınadı
  14 Aprel 2014    Oxunub:998
Rusiya itihamçı mövqeyindən müdafiəçi mövqeyinə keçməyə məcbur oldu
Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov, ölkənin şərqindəki Rusiya tərəfdarı olan milis əməkdaşlarına səslənərək, sabah səhərə kimi silahlarını buraxıb, tutduqları ictimai binaları tərk etməyə çağırıb. Turçinov, təslim olanların cəzalandırılmayacağını, bu çağırışa tabe olmayanlara qarşı isə hərbi əməliyyatların miqyasının genişləndiriləcəyini bildirib.

ALEKSANDR TURÇİNOV UKRAYNANIN MÜVƏQQƏTİ PREZİDENTİ: "Ukraynanın milli təhlükəsizlik və müdafiə şurası, silahlı qüvvələrin dəstəyi ilə tam əhatəli bir anti-terror əməliyyatı həyata keçirməyə qərar verdi. Rusiyanın Krımda realaşdırdığı ssenarini Ukraynanın şərqində də baş verməsinə icazə verməyəcəyik. Bu Ukraynalılar arasında bir döyüş deyil, bu süni olaraq yaradılmış, Ukraynanı zəiflətmə və yox etmə məqsədi ilə yaradılan qarşıdurmadır."

Turçinov mayın 25-də keçiriləcək prezident seçkiləri ilə bərabər referendumun da ola biləcəyini deyib. O, bildirib ki, Ali Rada qərar qəbul edərsə, ölkənin unitar quruluşunun dəyişdirilib-dəyişdirilməməsi haqda referendum keçirilə bilər. Qeyd edək ki, Rusiya israrla Ukrayna hakimiyyətini federativ dövlət quruluşuna əsaslanan yeni Konstitusiya layihəsi hazırlamağa çağırır. Donetskdəsə gərginlik artır: maskalılar 2 zabiti 4 dinc sakini öldürüblər. Slavyansk şəhərində məktəb və baxçalar bağlanıb. Şəhərdə vəziyyət gərgin olaraq qalır, sakinlər küçəyə çıxmağa ehtiyat edirlər. Separatçılar isə xüsusi təyinatlıların əməliyyatına hazırlaşırlar. Turçinovun xəbərdalığndan dərhal sonra antiterror əməliyyatlarına başlanılıb. Təhlükəsizlik qüvvələri əvvəlcə ölkənin şərqindəki Slovyansk qəsəbəsində silahlı quruplaşmanın ələ keçirdiyi polis bölməsini azad etməyə çalışıblar. Qəsəbədə çaxnaşma yaradan və küçələrə çıxan silahlı qruplar Kiyev hökmətini təşvişə salıb. Ukrayna hökmətinin ölkənin Şərqində həyata keçirdiyi böyük miqyaslı hərbi əməliyyatları görən Rusiya dərhal BMT Təhlükəsizlik Şurasını təcili yığıncağa çağırdı, gərgin iclas keçirildi. Rusiyanın BMT-dəki xüsusi elçisi Ukraynanı öz vətəndaşlarına hücum etməkdə günahlandırıb. Ukraynanın nümayəndəsi isə Moskvanın ölkəsini qarışdırdığını və baş verənlərdə Rusiyanın günahkar olduğunu deyib. Ukraynadan dərhal sonra müzakirəyə qoşulan İngiltərə, Rusiyaya sual ünvanlayıb - Ukrayna sərhədlərində əsgər toplamağınızın məqsədi nədir?

MARK LAYL QRANT BB-NIN BMT-DƏKİ DAİMİ NÜMAYƏNDƏSİ: "Peyk görüntüləri, Ukrayna sərhədində 35-40 minə yaxın rus əsgərinin olduğunu göstərir. Bundan əlavə döyüş təyyarələri, tanklar, silah-sursat və kəşviyyat üçün avadanlıqlar var. Krımda da qanunsuz olaraq 25 min Rus hərbiçisi saxlanılır. buna necə açıqlaa verə bilərsiz "

Suala konret cavab verə bilməyən Rusiyalı nümayəndə Vitali Çurkin irəli sürülən bütün itihamları rədd edib, əksinə Ukrayna böhranında Qərb ölkələrini günahlandırıb.

VİTALİ ÇURKİN RUSİYANIN BMT-DƏKİ DAİMİ NÜMAYƏNDƏSİ: "Təəssüf ki, Rusiyaya qarşı əsassız itihamlar irəli sürülür. Rusiyanın Ukraynanı özünə birləşdirmək istədiyi idiaları ortaya atılır. Amma Ukrayna böhranı başladığında Rusiyanın dialoq çağırışına cavab verən olmadı. Baş verən siyasi və iqtisadi böhrandan çıxış üçün edilən çağırışlar cavabsız qaldı."

Fransanın möveyi isə daha sərt olub. Fransa nümayəndəsi Jerar Aro deyib ki, artıq heç kim Rusiyaya inanmır. O, Moskvanı Ukraynanın şərqindəki hadisələrlə rus qoşunlarının bu və ya digər formada əlaqəsini inkar etməməyə çağırıb.

JERAR ARO FRANSANIN BMT-DAKI DAİMİ NÜMAYƏNDƏSİ: “Biz görürük ki, Ukraynanın şərqində zorakılığın artması qəflətən baş verməyib. Biz görürük ki, burada Krım ssenarisi gerçəkləşir. Öncə Rusiya meyilli aqressiv insanlar meydana çıxır, sonra hazırlıq keçmiş silahlı insanlar peyda olur. Bütün bunlar internet vasitəsi ilə yayımlanır. Rusiyanın etirazlarına rəğmən, ona artıq heç kim inanmır. Rusiya sanki internetin mövcudluğunu dərk etmir və reallığı inkar edir”

Xatırladaq ki, bu toplantı BMT Təhlükəsiz Şurasının, Ukrayna böhranın həlli üçün sayca 10-cudur. Çıxış yolu tapmaq üçün Rusiya, Ukrayna, ABŞ və AB-nin bu həftə Cenevrədə bir araya gəlməsi gözlənilir. Ukraynada isə əhali çaşqınlıq içindədir. Yanukoviçdən sonra qiyam qaldıran Rusiya tərəfdarları daha yaxşı bir gələcək üçün mübarizə apardıqlarını, digərlərisə Etnik ruslar, iqtidara gələcəyi təqdirdə Ukraynanın süverenliyini itirəcəyni deyirlər.

Nicat Abdullayev
AzVision.az



Teqlər:  





Xəbər lenti