Morninqstar Gəncədədir

Morninqstar Gəncədədir
  14 Aprel 2014    Oxunub:1211
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Gəncəyə səfər edib. Diplomat Gəncə şəhər İcra Hakimiyyətində görüş keçirib
AzVision.az-ın məlumatına görə, gün yarımlıq səfər zamanı səfir ictimai birliklər, vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşlər keçirəcək. Jurnalistlərə müsahibəsində Riçard Morninqstar Amerika Sülh Korpusu Könüllülərinin ölkəyə gəlməsi ilə bağlı yaranan çətinliyə də münasibət bildirib.

“Azərbaycan Təhsil Nazirliyinin Amerikadan Azərbaycana könüllülərin yeni qrupunun gətirilməsini istəməməsi bizi məyus etdi. Bir həftə əvvəl bu məsələ ilə bağlı Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla görüşdüm və aydın şəkildə bildirdi ki, bu addımda məqsəd Amerika Sülh Korpusunun fəaliyyətini məhdudlaşdırmaq deyil. Sadəcə, nazirlik özünün qaydalarını nəzərdən keçirmək istəyir. Əmin olmaq istəyir ki, ölkəyə gələn könüllülər lazımi və doğru ünvanlara yönəldiləcək. O, bizi əmin etdi ki, hazırda ölkədə olan Sülh Korpusunun könüllüləri fəaliyyətlərinin sonuna kimi ölkədə qala biləcəklər. İnanıram ki, Təhsil Nazirliyi öz qaydalarını nəzərdən keçirdikdən sonra biz yeni razılaşma əldə edə biləcəyik. Bu da yeni könüllülər qrupunun Azərbaycana gəlməsinə imkan verəcək. Hər şeyi zaman göstərəcək”. deyə Riçard Morninqstar bildirib.


Teqlər:  



Xəbər lenti