Səfirimiz etimadnaməsini təqdim etdi
AzVision.az xarici işlər nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə səfir Anar İmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Kamboca Kralına çatdırıb. Səfir ölkəmizin Kamboca ilə münasibətlərin inkişafına önəm verdiyini bildirirək, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi üçün potensialın olduğunu və bu əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Kamboca Kralı Norodom Sihamoni Prezident İlham Əliyevin salamlarına və xoş arzularına görə təşəkkür edərək, öz salamlarını və xoş arzularını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş etmişdir. O, Anar İmanovu Azərbaycan Respublikasının Kambocadakı səfiri təyin olunması münasibətilə təbrik etmiş və ona fəaliyyətində uğurlar arzulayıb.
Norodom Sihamoni ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu bildirib.
Daha sonra səfir Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasəti haqqında məlumat vermiş və münaqişə ilə bağlı beynəlxalq təşkilatlarda Kamboca tərəfinin Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü ifadə etmişdir. Həmçinin görüşdə səfir Anar İmanov Azərbaycanın sosial-iqtisadi inkişafından söhbət açmış, ölkəmizin iştirakı ilə regionda həyata keçirilən infrastruktur layihələri, enerji sahəsində qazanılmış nailiyyətlər və qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülmüş işlər barəsində məlumat verib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


