Əkrəm Əylisli: `Hələ də İbrahimbəyovu anlaya bilmirəm`

Əkrəm Əylisli: `Hələ də İbrahimbəyovu anlaya bilmirəm`
  15 Aprel 2014    Oxunub:1164
“Hətta Rüstəm İbrahimbəyov Azərbaycana qayıtsa, desə ki, yenidən Ziyalılar Forumunu yaradır və siyasətlə məşğul olmayacaq, buna inanan adam çətin tapılar. Həmin ziyalılar yenidən onun ətrafında cəmləşəcəklərmi? O halda gərək Rüstəm İbrahimbəyov desin ki, siyasi fəaliyyətində tamamilə səhv edib”.
Bunu Ziyalılar Forumunun üzvü, yazıçı Əkrəm Əylisli söyləyib.

Ə. Əylisli bildirib ki, “Ancaq mən hələ də dəqiq anlaya bilmirəm ki, seçkilərdə fəal şəkildə siyasətə daxil olmaq Rüstəm İbrahimbəyovun nəyinə lazım idi. Çünki Ziyalılar Forumu bir qurum olaraq çox səmimi idi. Söz yox ki, ziyalı siyasətçidən xeyli səmimidir. Ziyalılar Forumundakı səmimiyyəti cəmiyyətin saflaşmasına və sağlamlaşmasına sərf etmək mümkün idi. İctimai həyatda zor heç vaxt heç nəyi həll etmir. Ziyalılar zorsuz-filansız müəyyən məsələləri ortaya qoyub, fikrini deyə bilər”.

`Gündəm Xəbər`


Teqlər:



Xəbər lenti