Zakir Həsənov Baş Qərargah rəisi ilə görüşdü -FOTO

Zakir Həsənov Baş Qərargah rəisi ilə görüşdü -FOTO
  15 Aprel 2014    Oxunub:950
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tehranda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Seyid Həsən Firuzabadi ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadi İranın Azərbaycan və qonşu müsəlman ölkələri ilə mehriban qonşuluq münsibətləri qurmaq niyyətində olduğunu açıqlayıb.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüş çərçivəsində Seyid Həsən Firuzabadiyə bildirib ki, Azərbaycan İrana bütün sahələrdə olduğu kimi, müdafiə sahəsində də kömək etməyə hazırdır. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadi isə qeyd edib ki, qonşu dövlətlərlə dostluq münasibətlərinin qurulması İranın müdafiə siyasətinin əsas prioritetidir.

Qeyd edək ki, Z.Həsənov İranın müdafiə naziri, general-mayor Hüseyn Dehqanın dəvəti ilə aprelin 14-dən qonşu ölkədə səfərdədir.Səfərin bu gün yekunlaşacağı bildirilir.

AzVision.az



Teqlər:  





Xəbər lenti