Ermənistan-Azərbaycan sərhədində 2 erməni minaya düşüb

Ermənistan-Azərbaycan sərhədində 2 erməni minaya düşüb
  15 Aprel 2014    Oxunub:1121
Ermənistanın 2 vətəndaşı Ermənistan-Azərbaycan sərhədində minaya düşüb. AzVision.az “news.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, 56 yaşlı Rafik Muxsudyan və 49 yaşlı Qabriel Babkyan ot biçərkən minalanmış əraziyə gedib çıxıblar. R.Muxsudyan partlayışda ölüb, Q.Babkyan isə xəstəxanaya yerləşdirilib. Nazirlik ölən erməninin ailəsinə başsağlığı da verib. Eyni zamanda, nazirlik kənd təsərrüfatı sahəsində çalışan vətəndaşlarına ehtiyatlı olmağa çağırıb.

Mirvari Nəcəf


Teqlər:



Xəbər lenti