Dövlət Komitəsində sədr müavinlərinin sayı artdı - FƏRMAN

 Dövlət Komitəsində sədr müavinlərinin sayı artdı - FƏRMAN
  16 Aprel 2014    Oxunub:902
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb.
AzVision.az xəbər verir ki, bununla bağlı aprelin 15-də prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsasnaməsinə dəyişiklik edib.

Dəyişiklik nəticəsində komitə sədrinin müavinlərinin sayı 3-ə çatıb.

İndiyədək müavinlərin sayı 2 idi: biri birinci müavin, digəri müavin.

Hazırda komitə sədrinin birinci müavini Səyyad Aran, sədr müavini isə Gündüz İsmayılovdur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovdur.


Teqlər:  





Xəbər lenti