Naqif Həmzəyev: “Kimin kim olduğu dövlətimizə bəllidir”

Naqif Həmzəyev: “Kimin kim olduğu dövlətimizə bəllidir”
  16 Aprel 2014    Oxunub:1010
Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev adının “nurçu”luqda hallanması barədə yayılan məlumatlar mətbuatda səngimək bilmir.
AzVision.az məsələ ilə bağlı N.Həmzəyevlə əlaqə saxlayıb. Bu məlumatı tamamilə qeyri-ciddi hesab edən icra müavini bununla bağlı açıqlama verməyə ehtiyac olmadığını bildirib:
“Bu o qədər qeyri-ciddi məlumatdır ki, heç açıqlama vermək istəmirəm. Mənim adımdan da bəzi saytlar açıqlama yayıblar. Amma mən heç kimə açıqlama verməmişəm, bəzi jurnalistlər mənim adımdan yazıblar. Ümumiyyətlə isə mən bu barədə danışmaq istəmirəm.

Amma onu bildirmək istəyirəm ki, kimin kim olduğu dövlətimizə bəllidir. MTN-də yayılmış məlumatın yanlış olduğunu bildirdi. Buna baxmayaraq xəbəri yaymaqla bunların kimə və hansı qüvvələrə xidmət edildiyini anlaya bilmirəm”-,deyə N.Həmzəyev qeyd edib.

Naqif Həmzəyev həmçinin əlavə edib ki, məsələ ilə bağlı YAP-ın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, eləcə də Gəncədən seçilmiş millət vəkili Musa Quliyev də açıqlama verib:

“Bu məsələ ilə bağlı YAP-ın icra katibinin müavini Mübariz müəllim, eləcə də deputat Musa müəllim açıqlama verib. Öz fikirlərini bildiriblər. Mənim onlardan sonra nəsə deməyim düzgün deyil”.

Qeyd edək ki, YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mubariz Qurbanlı Naqif Həmzəyev barəsində yazılanlara belə münasibət bildirərək qeyd edib ki, YAP-da təmsil olunan şəxslər nurçuluq deyilən qrupda təmsil olunmur və olunmamalıdır.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti