Salam Sarvan: “1937”-də yoruldum”

Salam Sarvan: “1937”-də yoruldum”
  16 Aprel 2014    Oxunub:1818
Şair Salam Sarvan “1937.az” saytındakı redaktorluq fəaliyyətini dayandırıb.
Bunu AzVision.az-a açıqlamasında şairin özü təsdiqləyib. Şair saytdan çıxmağının səbəbini belə izah edib: “Hazırda Bakı Slavyan Universitetindəki işimi davam etdirirəm. Ona görə çıxdım ki, yoruldum. Məni kimin yormağına gəlincə isə, bu konkret kimləsə bağlı deyil. Özüm yoruldum”.

Qeyd edək ki, Salam Sarvan 1937.az saytında martın 3-ü redaktor kimi işləməyə başlamışdı. Ondan əvvəl isə Bakı Slavyan Universitetinin (BSU) nəşriyyatına rəhbərlik edirdi. Şairin sözlərinə görə, hazırda BSU-da yarımştat işçi kimi fəaliyyətini davam etdirir.




Fatimə Kərimli





Teqlər:  





Xəbər lenti